İstanbuldakı gecə klubuna hücum edərək 39 nəfəri qətlə yetirən və peşəkar terrorçu olduğu iddia edilən cinayətkar ciddi səhvə yol verib. Belə ki, hadisə yerini tərk edərkən bütün pullarını gecə klubunda unudub. Lent.az-ın “Daily Mail”-la istinadən verdiyi xəbərə görə, terrorçu atəş açmağı başa çatdırdıqdan sonra əynindəki gödəkçəni çıxararaq kənara atıb. Lakin gödəkçənin cibindəki 500 lirəni götürməyi unudub.
Hadisə yerindən qaçarkən o taksi saxlayıb və Zeytinburnu rayonundakı uyğur restoranına gedib. Restorandan borc götürərək gediş haqqını ödəyib.
Taksidə hərəkət etdiyi zaman həmin şəxs sürücünün mobil telefonundan zəng etməyi xahiş edib. Lakin onun yığdığı nömrənin artıq bir neçə aydır deaktiv olunduğu bildirilir. Ehtimal var ki, o həmin zəngi izi azdırmaq üçün edib.