Aprelin 6-da Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 9 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.
“Ölənlərdən 1-i uşaqdır. Xəsarət alanların sayı isə 1000 nəfəri keçib. Martın 30-dan etibarən Qəzza zolağının sərhədində ölən fələstinlilərin sayı 30-a çatıb, 2 500-dən çoxu yaralanıb”, deyə R.Mənsur qeyd edib.
Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.