Kosovo polisi İŞİD silahlılarının planlaşdırdığı silsilə terror aktlarının qarşısının alındığını bildirib.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, hücumlardan biri DÇ-2018 seçmə mərhələsində Albaniyaya gəlmiş İsrailin futbol üzrə milli komandasına qarşı planlaşdırılırmış.
Qeyd edək ki, ötən həftə Albaniya-İsrail matçının keçiriləcəyi məkan təhlükəsizlik baxımından dəyişib. Çernoqoriya ilə həmsərhəd Şkodere şəhər stadionunda keçiriləcək oyun paytaxta yaxın olan stadionlardan birində qonaqların 3:0 hesablı qələbəsi ilə keçirilib.