[b]İrəvanda partlayışa səbəb bomba olubmuş[/b]
26 aprel 2016 02:27 (UTC +04:00)

[b]İrəvanda partlayışa səbəb bomba olubmuş[/b]

İrəvanda sərnişin avtobusunda baş vermiş partlayış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verib. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib.

 

“Partlayış qəlpəli yox, dalğalı olub”, - deyə o əlavə edib.

 

Onun sözlərinə görə, partladıcı qurğunun avtobusdakı oturacaqlardan birinin altına quraşdırıldığı ehtimal olunur.

 

 Qeyd edək ki, son məlumata görə, insident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar