<b>İran-Türkiyə sərhədində atışma </b>- <span style="color:red;"><b>ölənlər var</b>
03 noyabr 2017 21:46 (UTC +04:00)

İran-Türkiyə sərhədində atışma - ölənlər var

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.

 

Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

 

Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində hərbçilər və terrorçular arasında baş verən atışmada 10 iranlı sərhədçi həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295

Oxşar yazılar