Avstriya hökuməti Adolf Hitlerin Braunau-am-İnn şəhərində dünyaya gəldiyi evi dağıtmaq qərarına gəlib.
“Qaqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın daxili işlər naziri Volfanq Sabotka bildirib.
Onun sözlərinə görə, evin zirzəmisi böyük ehtimalla saxlanılacaq: “Onun üstündə isə yeni bina inşa olunacaq. O, hər hansı xeyriyyə təşkilatı və ya dövlət orqanının istifadəsinə veriləcək”.