<b>Hava zərbələri nəticəsində ölən 112 nəfərin meyiti aşkarlandı</b> - <span style="color:red;">Mosulda
27 mart 2017 20:23 (UTC +04:00)

Hava zərbələri nəticəsində ölən 112 nəfərin meyiti aşkarlandı - Mosulda

Martın 17-də İraqın Mosul şəhərində endirilən hava zərbələri nəticəsində ölənlərdən 112-sinin meyiti aşkarlanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Əhməd Dubardani bildirib.

 

Bundan əvvəl bir neçə yaşayış evinin dağılması ilə nəticələnən aviazərbələr nəticəsində 200-dək dinc sakinin öldüyü bildirilirdi. Beynəlxalq koalisiyanın qərargahı hava zərbələri zamanı itkilərlə bağlı məlumatın araşdırıldığını bildirimişdi.

 

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib.  Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar