[b]Gömrükçülər rekord sayda fil dişi müsadirə edib[/b]
Çinin gömrük xidmətinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən təxminən 7,5 ton fil dişini müsadirə ediblər.
Çin Baş Gömrük Administrasiyasının məlumatına görə, bu ölkə tarixində ən böyük miqdarda qaçaqmalçılıq yolu nəql edilən fil dişi müsadirəsidir. Əməliyyat zamanı 20 nəfər şübhəli şəxs kimi saxlanılıb.
Administrasiyanın sədr müavini Xi Vey bildirib ki, Çin gömrükçüləri il ərzində fil dişi qaçaqmalçılığı ilə bağlı 53 əməliyyat keçirərək, 8,5 ton fil dişi və ya ondan hazırlanan məhsulu müsadirə ediblər.
Qeyd edək ki, Çin qanunlarına əsasən, qiymətli heyvanların orqan və hissələrinin ümumi dəyəri 1 milyon yuandan çox olan qaçaqmalçılığına görə ən azı 10 il, bəzən isə ömürlük azadlıqdan məhrumetmə cəzası verilir. Çin hökuməti ötən il fil dişi ticarətinə qadağa qoyub.
(AZƏRTAC)
714