Türkiyənin Konya şəhərində baş vermiş qətlin üstü açılıb. APA TV-nin məlumatına görə, meyiti avtomobildə tapılan şəxsin tapançadan açılan atəşlə öldürüldükdən sonra yandırıldığı məlum olub.
İstintaq prosesi zamanı qətlə yetirilən 39 yaşlı Erdal Dursunun bir neçə qadınla evli olduğu müəyyən edilib.
Bir müddət əvvəl Serbiyadan Konyaya gələn Erdal Dursunla Serbiyada tanış olan və aralarında ədavət yaranan Mehmet Anın da şəhərdə olduğunu öyrənən polis araşdırmanı bu istiqamətdə davam etdirib.
Polis Mehmet Anın 31 yaşlı həyat yoldaşı Elanur Zümrüd ilə Erdal Dursunun münasibətdə olması barədə məlumat əldə edib. Dəlillərdən sonra Mehmet, onun həyat yoldaşı Elanur və 35 yaşlı dostu Əli saxlanılıb.
Qətlə yetirilən Erdal Dursun 2013-cü ildə qatıldığı evlilik verilişlərinin birində tanış olduğu azərbaycanlı Esmira Əsgərova adlı qadınla rəsmi nikah olmadan birlikdə yaşayıb.