Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.
“Bu gün biz daha yaxşı anlayırıq ki, Fətullah Gülənin terror təşkilatı və onların arxasında duran qüvvələr bizim münasibətlərimizi də pozmağa çalışıblar”, - deyə Ərdoğan Rusiya və Türkiyənin işgüzar dairələrinin Sankt-Peterburqda keçirilən görüşündə bildirib.