Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan 2015-ci ilin noyabrında Rusiyanın “Su-24” bombardmançı təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarəsi tərəfindən vurulmasını “qara kölgə” adlandırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Rusiya və Türkiyənin işgüzar dairələrinin Sankt Peterburqda keçirilən görüşündə bildirib.
“Sizin hamınıza məlumdur ki, 2015-ci ilin noyabrın 25-də baş vermiş faciəvi hadisə sanki bir qara kölgə oldu”, - deyə Ərdoğan bildirib.