<b>Ərdoğan: "ABŞ-ın terrorçuları dəstəkləməsini təsdiqləyən faktlarımız var"</b>
27 dekabr 2016 21:57 (UTC +04:00)

Ərdoğan: "ABŞ-ın terrorçuları dəstəkləməsini təsdiqləyən faktlarımız var"

0

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.  

 

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, - deyə Ərdoğan qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar