Vəhhabilik dini ideologiya kimi Səudiyyə Ərəbistanında təbliğ olunmur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Məşvərət Şurasının (Məclis əş-Şura) vitse-spikeri Məhəmməd əl-Jəfri deyib.
“Bizdə vəhhabilik adlandırılan dini dəyərlər yoxdur... Bizdə bir dindir – İslam”, - deyə Məhəmməd əl-Jəfri Brüsseldə Avropa Parlamentinin beynəlxalq işlər komitəsinin üzvləri qarşısında çıxışı zamanı bildirib.
“Vəhhabiliyin Səudiyyə Ərəbistanında dövlət ideologiyası olması barədə iddialar tamamilə əsassızdır”, - deyə Məhəmməd əl-Jəfri qeyd edib.