[b]Ekvador neft-qaz yataqlarını satır[/b]
14 mart 2018 07:59 (UTC +04:00)

[b]Ekvador neft-qaz yataqlarını satır[/b]

 

 

Ekvador hökuməti ölkəyə 800 mln. həcmində investisiya cəlb etmək məqsədi ilə xarici şirkətlər üçün dörd neft və bir qaz yatağını satışa çıxarıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Petroamazonas” şirkəti məlumat yayıb.

 

Məlumata görə, kontraktlar 10 il müddətinə bağlanacaq. Sazişlər üzrə bütün ödənişlər neftin bazar qiymətlərinə uyğunlaşdırılacaq.

 

Hərracların yekunları iyunda açıqlanacaq.   

 

Qeyd edək ki,  Ekvador hökumətinin 2017-ci ildə keçirdiyi analoji hərrac ölkəyə  700 mln. dollar həcmində investisiya cəlb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar