Rəsmi Pekin ABŞ-ın Çin istehsalı olan mallara rüsumlar tətbiq etməsinə cavab tədbiri olaraq, Amerika mallarına idxal rüsumları tətbiq edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin ÜTT-dəki səfiri Çen Sənçen bildirib.
Yerli KİV-lər qeyd edirlər ki, Çinin potensial cavab rüsumları ABŞ-ın yanvarda Çin istehsalı olan günəş batareyalarına rüsumların tətbiq etməsinə yönəlib.
Çen Sənçen bildirib ki, Çin ABŞ-dan ÜTT-yə şikayət etmək niyyətindədir.