ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda “ən yaxın dostları” adlandırdığı PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib.
"Bu baş verərsə ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”.