<b>Belçikada güclü partlayış, ölən və yaralananlar var</b> - YENİLƏNİB
26 avqust 2016 05:33 (UTC +04:00)

Belçikada güclü partlayış, ölən və yaralananlar var - YENİLƏNİB

0

Avqustun 25-dən-26-na keçən gecə Belçikanın Şime şəhərində baş vermiş güclü partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış idman kompleksinin anbarında baş verib.

 

Partlayış zamanı binada 5 nəfər olub. Onlardan biri ölüb, 2 nəfər ağır, daha 2 nəfər isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Prtlayışın səbəbi hələlik məlum deyil.

 

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, şəhər administrasiyasında insidentlə əlaqədar  böhran mərkəzi yaradılıb.

 

 

 

**** 04.33

 

Avqustun 25-dən-26-na keçən gecə Belçikanın Şima şəhərində güclü partlayış baş verib, idman kompleksi qismən uçub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir neçə nəfər  yaralanıb.  

 

“Avenir” nəşri uçqun altında ölənlərin aşkarlanacağının istisna olunmadığını bildirib.

 

Hadisə yerinə aidiyatı qurumların əməkdaşları cəlb edilib.

 

Partlayışın səbəbləri hələlik məlum deyil.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar