Türkiyədə "Seyid" kod adlı PKK terrorçusu Cahit Beyhan öldürülüb.
Lent.az-ın “musavat.com”-a istindən məlumatına görə, öldürülən Cahit Beyhanın başına 1 milyon türk lirəsi mükafat qoyulmuşdu.
Bitlisin Aşağı Ölek və Yuxarı Ölek kəndlərində PKK-ya qarşı əməliyyat təşkil olunub. Bu zaman PKK-çılarla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Əməliyyatla bağlı jandarmadan verilən yazılı açıqlamada 4 PKK terrorçusunun öldüyü bildirilib və qeyd edilib ki, onların arasında başına 1 milyon TL pul mükafatı qoyulan Cahit Beyhan da var.
Qeyd edək ki, Cahit Beyhan PKK-nın Garzan bolgəsinin kordinatoru idi.