Braziliyanın cənubunda ağır yol qəzası baş verib.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Parana ştatının Kafezal-du-Sul bələdiyyəsində qeydə alınıb.
Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Toqquşmadan sonra hər iki maşın yanıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.