<b>Ankaradan Suriyaya dair çağırış</b>
16 oktyabr 2016 01:07 (UTC +04:00)

Ankaradan Suriyaya dair çağırış

Türkiyə Suriya hakimiyyəti və mötədil müxalifətini birbaşa danışıqlar aparmağa çağırır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Lozannada Suriya böhranı ilə bağlı keçirilən görüşdən sonra bildirib.  

 

“Suriyaya dair danışıqlar prosesi dövründə xeyli saziş və qərarlar qəbul olunub, lakin onlar icra olunmayıb. Biz hesab edirik ki, Suriya rejimi və müxalifəti arasında birbaşa danışıqlar aparılmalıdır və bununla hamı razıdır. Onlar siyasi nizamlanmaya dair mövqelərini bir-birlərinə təqdim etməlidirlər”, - deyə Çavuşoğlu bildirib.    

 

Onun sözlərinə görə, Suriyada siyasi nizamlanmaya dair danışıqlar yaxın günlərdə davam etdiriləcək.  Oktyabrın 16-da Londonda çoxtərəfli görüşün keçirilməsi gözlənilir.  

 

Qeyd edək ki, 4,5 saatadək davam edən danışıqlarda Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir və İraqın  nazirləri iştirak edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar