[b]ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək[/b]
16 oktyabr 2016 22:02 (UTC +04:00)

[b]ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək[/b]

Yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obamada müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", - deyə C.Kerri bildirib.

 

Bundan  əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki,  ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar