[b]ABŞ Rəqqa əməliyyatını Türkiyə ilə birgə keçirəcək  [/b]
10 mart 2017 07:48 (UTC +04:00)

[b]ABŞ Rəqqa əməliyyatını Türkiyə ilə birgə keçirəcək [/b]

ABŞ  Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatını Türkiyə və koalisiya üzrə tərəfdaşları ilə birgə keçirmək niyyətindədir.   

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Dövlət Departamentindən bildirilib.

 

“Rəqqanın azad olunmasının sonrakı mərhələlərini Türkiyə daxil olmaqla, koalisiyadakı müttəfiqlərimizlə birlikdə planlaşdıracağıq”,- deyə  Dövlət Departamentinin nümayəndəsi bildirib.

 

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ötən gün bildirib ki, Türkiyə, ABŞ və Rusiya qərargah rəislərinin bir neçə gün əvvəl keçirilmiş görüşündə Rəqqanın azad olunması əməliyyatının keçirilməsi müzakirə edilib. Onun sözlərinə görə, görüşdə heç bir qərar qəbul edilməyib, Amerika tərəfi isə qətiyyətsizlik nümayiş etdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar