[b]ABŞ öz vətəndaşlarına Türkiyəyə səfər etməməyə çağırdı [/b]
29 iyun 2018 05:04 (UTC +04:00)

[b]ABŞ öz vətəndaşlarına Türkiyəyə səfər etməməyə çağırdı [/b]

 

 

ABŞ Dövlət Departamenti növbəti dəfə  öz vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

 

Qeyd edək ki, ABŞ vətəndaşlarına xəbərdarlıq bundan əvvəl də, yanvarın 10-da edilmişdi. Lakin budəfəki xəbərdarlıqda yeni səbəblər yer alıb: “Terror və qanunsuz saxlanılmalar təhlükəsi olduğundan Türkiyəyə səfər etməməyi tövsiyə edirik”.

 

Dövlət Departamenti ABŞ vətəndaşlarına, xüsusən, Türkiyə-Suriya sərhədinə və ölkənin 15 cənub-şərq əyalətlərinə səfər etməməyi məsləhət görüb.

 

Tövsiyəyə baxmayaraq Türkiyəyə səfər edənlərə əcnəbilərin daha çox olduğu yerlərdən, aksiyalar keçirilən ərazilərdən uzaq olmağa, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu otellərə üstünlük verməyə çağırıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49