<b>ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərdi</b>
11 aprel 2018 06:26 (UTC +04:00)

ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərdi

0

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə  Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən  gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur.

 

Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.

 

Pentaqon məlumatı təsdiqləyərək,  yerdəyişmənin planlı olduğunu vurğulayıb: “Dislokasiya yerinin dəyişməsi qüvvələrin müntəzəm rotasiyasının bir hissəsidir”.  

 

Bundan əvvəl ABŞ-a məxsus “USS Donald Cook” və “USS Porter” gəmilərinin  Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtəsində “Tomaqavk” tipli onlarla qanadlı raketlərin yerləşdirildiyi vurğulanır.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar