ABŞ-ın yeni dövlət katibi Reks Tillerson olacaq.
APA-nın “CBS”ə istinadən yaydığı məlumata görə, ABŞ yeni seçilmiş prezidenti Donald Trampın müvafiq qərarı keçid heyət tərəfindən açıqlanıb.
Yeni təyinatın təsdiqləmə prosesinin mübahisəli olacağı gözlənilir. Belə ki, qanunvericilərin bir hissəsi Tillersonun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğu düşünür. Onlar rəsmi Moskvanın nəinki ABŞ-dakı prezident seçkilərə müdaxilə etdiyini, hətta Donald Trampı fəal şəkildə təşviq etdiyini iddia edirlər.
Qeyd edək ki, 64 yaşlı R. Tillerson son 40 ildə “ExxonMobil” şirkətində çalışıb. Ötən əsrin 90-cı illərinin sonundan şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. O, 2006-cı ildən şirkətə rəhbərlik edir.