ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, R.Tillerson ABŞ-ın sayca 69-cu dövlət katibi olub.
Qeyd edək ki, 64 yaşlı R. Tillerson son 40 ildə “ExxonMobil” şirkətində çalışıb. Ötən əsrin 90-cı illərinin sonundan şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. O, 2006-cı ildən şirkətə rəhbərlik edir.