[b]ABŞ-dan Rusiyaya ağır ittiham[/b]
23 noyabr 2016 07:57 (UTC +04:00)

[b]ABŞ-dan Rusiyaya ağır ittiham[/b]

Rusiyaya məxsus təyyarələr Hələbdəki xəstəxanalara zərbələr endirməmiş olsalar belə, Rusiya  həmin zərbələrə görə məsuliyyət daşıyır, çünki Moskva Suriya rejiminə təsir etmək imkanına malikdir.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.   

 

“Əvvəllərdə qeyd etdiyim kimi, zərbələri ya Rusiya, ya da Suriya təyyarələri endirib. Zərbə endirən Suriya təyyarələri olmuş olsa belə, Rusiya yenə də  həmin zərbələrə görə məsuliyyət daşıyır, çünki  Moskva Suriya rejiminə təsir etmək imkanına malikdir”, - deyə Kirbi qeyd edib.

 

Onun sözlərinə görə, bu iddiaları və ittihamları Rusiyanın ünvanına ABŞ irəli sürməyib, onu bir çox beynəlxalq  humanitar təşkilatlar günahlandırıb: “Xəstəxanalara zərbələr endirilib, lakin bunu nə ABŞ, nə də koalisiya edib. Bunu ya Suriya, ya da Rusiya təyyarələri edib”.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar