[b]"Su müharibəsi": Fərata sahib olan, Suriyaya sahib olacaq[/b]
Səlcuq Düzgün - ekspert, köşə yazarı
Mövzu: Türkiyə-Suriya münasibətləri
Bu gün “Manşet” verilişinin qonağı siyasi ekspert, köşə yazarı Səlcuq Düzgün olub. Qonaq Türkiyə-Suriya münasibətləri, Türkiyənin Suriya siyasəti, Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı hərbi əməliyyatlarla bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
- Türkiyə-Suriya münasibətlərini anlamaq üçün Suriyanın bu günə qədər Osmanlıya, həmçinin Türkiyəyə qarşı müxtəlif dönəmlərdə kimlərlə anlaşdığına baxmaq lazımdır. Sirr deyil ki, bugünkü Suriya tarixən Səlcuq İmperiyasına məxsus olub.
- Fırata kim hakimdirsə, dövlətdə də hakim odur. Bu gün Suriyadakı müharibə əslində su müharibəsidir. Böyük güclər Suriyada su uğrunda savaş aparırlar.
- “Böyük Kürdüstan” qurmaq istəyənlər “Böyük Ermənistan” ideyasına xidmət etdiklərinin fərqində deyillər. Əgər Suriyada bir Kürdüstan qurulacaqsa, bu, kürd yox, erməni dövləti olacaq. Bunu kürd qardaşlarımızın da bilməsi vacibdir. Bu gün Suriyada kürd dövlətinin qurulması Amerikaya sərf edir, amma o, kürdlərə güvənmir.
- Türkiyənin Suriyaya girməsi Böyük Ortadoğu Projesinə bir zərbə oldu. Hesab edirəm ki, Türkiyə Suriyaya giribsə, orada Şimali Kipr Türk Cümhuriyyəti kimi bir cümhuriyyət qurmalı, türkmənlərin təhlükəsizliyini təmin etməlidir. Yəni, Suriyada işlər düzələnə qədər Türkiyənin orada bir dövlət, güc mərkəzi qurması lazımdır.
- Türkiyə Suriyaya girəndə yalnız Amerika ilə anlaşmadı. Amerika isə terrorçu qruplara görə Türkiyə kimi bir dövlətlə münasibətlərini korlamaz. Türkiyə Suriyaya girməklə, istədiyi zaman bu coğrafiyanı dəyişdirmək gücünə malik olduğunu göstərdi.
- Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və bu dövlətin parçalanmasını istəmir. Suriya siyasəti son zamanlar Türkiyənin ən böyük siyasətlərindən biri oldu və düşünürəm ki, Suriyanın taleyi mütləq suriyalılara həvalə edilməlidir.
235