[b]Ərdoğan: “Qərb gerçək üzünü ortaya qoyub”[/b]
12 mart 2017 16:13 (UTC +04:00)

[b]Ərdoğan: “Qərb gerçək üzünü ortaya qoyub”[/b]

“Son bir neçə gündə Qərb gerçək üzünü ortaya qoyub”.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

R. T. Ərdoğan deyib ki, Niderlandda baş verən olay islamafobiyadan xəbər verir: ”Mən Almaniyada nazirlərimizin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməyəndə bunu faşizmlə əlaqələndirmişdim. Niderlandda nə baş verdi? Bir ölkənin nazirinə konsulluqda vətəndaşları ilə görüşə icazə verməmək heç bir çərçivəyə sığmır, beynəlxalq hüququn tapdanması, islam düşmənçiliyinin nəticəsidir. Faşizm Avropada yaşayır. Yalnız faşist yanaşma ilə bu görüşlərə icazə verməmək mümkündür.  Hollandiya çərşənbə günü keçiriləcək parlament seçkilərinə görə Türkiyə ilə münasibətlərə zərbə vurursa, bunun cavabını alacaq. Avropa irqçiliyə gedir. Avropa İttifaqı haradadır? Niderlandda türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar. Diplomatiya nədir, onu da öyrənəcəklər. Avropadakı türklərə deyirəm ki, qonşularını da götürüb, tətilə Türkiyəyə gəlsinlər. O xaricilər Türkiyənin qonaqpərvərliyini görəcəklər. Avropadakı türklərə səbirli olmağı, ayaq üstə dik durmağı tövsiyə edirəm” .

 

Türkiyə prezidenti Almaniyanın Dövlət Televiziyası Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı təklifləri yanlış çatdırdığına da diqqət çəkib: “Bununla referendumun əleyhinə olduqlarını ortaya qoyurlar. Türkiyədəki referendumun Almaniyaya nə dəxli var?”.

 

R. T. Ərdoğan qeyd edib ki, Türkiyə gücləndikcə narahat olanlar var: “Bu gün Suriyada PKK terrorçularının əllərində Qərb ölkələrinin silahları var. İnkar etməyə çalışırlar, ancaq faktlar ortadadır. Biz Suriyada Gerablusu, Dabıkı, Babı İŞİD terrorçularından təmizlədik. Növbədə Menbic var, Rusiya səfərimdə də bunu müzakirə etdik. Suriyanın şimalında bir terror dövlətinin qurulmasına yol verməyəcəyik. PKK-nın Suriya qolu PYD/YPG Suriyada dövlət qura bilməyəcək. Türkiyə Silahlı Qüvvələri, müxalif Azad Suriya Ordusu buna yol verməyəcək. İnşaallah, Türkiyədə referendumun keçiriləcəyi 16 aprel bir daha şər qüvvələrin oyununun pozulduğu gün olacaq. 16 apreldə Türkiyə xalqı daha bir parlaq sabaha göz açacaq ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35