“YouTube”-da atışmanın motivləri açıqlandı
04 aprel 2018 21:01 (UTC +04:00)

“YouTube”-da atışmanın motivləri açıqlandı

0

“YouTube”un mənzil-qərargahında atəş açan qadın şirkətin apardığı siyasətdən narazı olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu San-Bruno şəhərinin polis rəisi Ed Barberini bildirib.

 

“Hazırkı mərhələdə istintaq hesab edir ki, cinayəti törətməkdə şübhəli bilinən qadın “YouTube”-un siyasətindən və hərəkətlərindən narazı olub. İnsidentin motivləri məhz bu olub”, deyə E.Barberini qeyd edib.

 

Ötən gün San-Bruno şəhərində, “YouTube” şirkətinin mənzil-qərargahında silahlı insident baş verib. Bir müddət sonra atəşi açan 39 yaşlı  Nasim Ağdam ölü tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar