“Qazprom” Türkiyədə  elektrik stansiyaları tikmək istəyir
16 sentyabr 2016 00:37 (UTC +04:00)

“Qazprom” Türkiyədə elektrik stansiyaları tikmək istəyir

0

Rusiyanın “Qazprom” şirkəti Türkiyədə yeni qaz elektrik stansiyaları inşa etmək və ya fəaliyyət göstərən stansiyaları almaq niyyətindədir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev.

 

“Biz müəyyən şərtlərlə energetika layihələrində iştirak etməkdə maraqlıyıq. Türkiyədə hazırda, qiymətlərin aşağı düşdüyü dövrdə,  qaz elektrik stansiyalarına maraq xeyli artıb... Buna görə də biz bu layihələri diqqətlə nəzərdən keçirəcəyik”, - deyə Medvedev qeyd edib.

 

Onun sözlərinə görə, “Qazprom”  qaz elektrik stansiyalarını inşa etmək və ya fəaliyyət göstərən stansiyaların aktivlərini əldə etmək kimi variantları nəzərdən keçirməyə hazırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar