İraqın paytaxtı Bağdadda 3 amerikalı hərbçi oğurlanıb.
APA-nın “lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə “Al Arabiya” öz mənbələrinə istinadən məlumat yayıb. ABŞ vətəndaşları ilə yanaşı, onların tərcüməçiləri də oğurlanıb. Hadisənin yanvarın 17-də Bağdadın cənubunda baş verdiyi deyilir.
ABŞ Dövlət Departamenti məsələdən xəbərdar olduqlarını və İraqhakimiyyəti ilə birgə oğurlanan şəxslərin tapılıb azad edilməsi istiqamətində tədbirlər görüldüyünü bildirib.