Ukraynanın “Femen” qadın hərəkatı qrupunun politoloqu Viktor Svyatski döyülüb. Lent. az-ın məlumatına görə, bu barədə qrupun rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, politoloq dünən gecə saatlarında təhlükəsizlik əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə onun sifəti dağılıb, dişləri və alt çənəsinin sındığından şübhələnilir. Çox miqdarda qan itirən V. Svyatski təcili yardımla xəstəxanaya çatdırııb.