“Əl Qaidə” liderlərindən biri məhv edildi
23 noyabr 2016 06:59 (UTC +04:00)

“Əl Qaidə” liderlərindən biri məhv edildi

ABŞ Hərbi-Hava Qüvvələrinin noyabrın 18-də Suriyada endirdikləri hava zərbəsi nəticəsində “Əl Qaidə” liderlərindən biri məhv edilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.   

 

“ABŞ HHQ-ləri Suriyanın Sarmada yaşayış məntəqəsi yaxınlığında noyabrın 18-də zərbə endiriblər, nəticədə  “Əl Qaidə” liderlərindən biri olan Əbu Əfqan Əl-Məsri məhv edilib”, - deyə Kuk bildirib.

 

Onun sözlərinə görə, əslən misirli olan Əl-Məsri  əvvəlcə Əfqanıstanda “Əl Qaidə”nin sıralarına qatılıb, sonradan isə qruplaşmanın Suriyadakı  bölmələrindən birinə qoşulub.

 

Kukun sözlərinə görə,  Əbu Əfqan Əl-Məsri cənub-qərbi Asiya ölkələrindəki terror qruplaşmaları və Əfqanıstanda ABŞ və koalisiya hərbçilərinə hücumlarla əlaqəli olub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar