Martın 14-də Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər.
APA-nın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi nazirlər kabinetinin təkidi göstərilir.
Martın 13-də Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri müzakirə edəcək.
Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.