“Boinq 789” tipli təyyarə Təbrizdə təcili eniş edib
Londona uçan Oman hava yollarına məxsus “Boinq 789” tipli sərnişin təyyarəsi Təbrizdə təcili eniş edib.
APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb hamilə bir ananın halının pisləşməsi olub.
O, dərhal Təbrizin Taliqani xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Təyyarə Təbriz hava limanında yanacaqla təmin olunub və şəraitə uyğun vaxtda uçuşunu davam etdirəcək.
931