Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov “Berkut” xüsusi təyinatlı milis dəstəsinin ləğvi barədə əmr imzalayıb.
APA-nın xəbərinə görə, nazir bu barədə özünün “Facebook” səhifəsində açıqlama verib. O, “Berkut” xüsusi təyinatlı milis dəstəsinin ləğvi barədə 144 saylı əmr imzaladığını bildirib. A. Avakov bu barədə xüsusi brifinq keçirəcəyini söyləyib.
Xatırladaq ki, “Berkut” Ukraynadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub.