ABŞ-ın Dövlət Departamenti terrorçu «əl-Qaidə»-nin avqustda Yaxın Şərqdə və Afrikanın Şimalında terror aksiyası keçirəcəyi planlaşdırdığı barədə bəyanat verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, məlumatda bildirilib: «Terrorçular həm dövlət, həm də mülki obyektlərə hücum etmək üçün çeşidli üsul seçə bilər. Amerika vətəndaşları nəqliyyat obyektləri və turist infrastrukturlarında terror aksiyalarının ola biləcəyini unutmamalıdır».
Departametin məlumatına əsasən, hücum Ərəbistan yarımadasında başlaya bilər. Terror xəbərdarlığı isə dekabrın 31-dək qüvvədədir.
ABŞ hakimiyyəti vətəndaşlarının səyahətə çıxan zaman getdikləri ölkədə konsulluq xidmətində qeydiyyata düşmələrini istəyib.
«Terror hücumunun qarşısını almaq üçün biz başqa dövlətlərlə sıx işləyir və informasiya mübadiləsi edirik»-deyə, Dövlət Departamenti bildirib.