74 yaşlı qadının əkiz uşağı oldu
06 sentyabr 2019 19:58 (UTC +04:00)

74 yaşlı qadının əkiz uşağı oldu

Hindistanın Andxra-Pradeş ştatında EKO-nun köməyi ilə hamilə qalan 74 yaşlı qadın iki qız uşağı dünyaya gətirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xəstəxananın direktoru Erranatti Manqayamma qeysəriyyə əməliyyatının köməyi ilə doğub. Onun sözlərinə görə, ana və körpələri özlərini yaxşı his edirlər: “Ancaq ana intensiv terapiya şöbəsinə yerləşdirilib ki, son saatlarda keçirdiyi stressdən çıxa bilsin”.

Manqayamma uşaqlarını əmizdirə bilmir, onlara donor bankının südü verilir.

Direktorun sözlərinə görə, yaşlı qadının hamilə qalıb uşaq doğmasına səbəb onun şəkərinin və hipertoniyasının olmamasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091
avatar

Oxşar yazılar