600 il sonrakı möcüzə, pontifikin sirli qərarı, taxtın taleyindəki vahimə - ARAŞDIRMA
14 fevral 2013 17:23 (UTC +04:00)

600 il sonrakı möcüzə, pontifikin sirli qərarı, taxtın taleyindəki vahimə - ARAŞDIRMA

Roma Papası XVI Benedikt fevralın 28-də vəzifəsindən gedəcək. Ərizə latın dilində kardinal kollegiyasının Konsistoriyasına (məclisinə) təqdim edilib. Xəbəri rəsmi Vatikan da təsdiqləyib.

XVI Benedikt - milliyyətcə alman olan Yozef Ratsinqer 1927-ci il aprel ayının 16-da anadan olub. II İohann Pavelin vəfatından sonra 2005-ci il aprelin 9-da Papa seçilib.

Kardinallar kollegiyasının dekanı Ancelo Sodano Benediktin bəyanatını “gözlənilməz” adlandırıb.


Benedikt Papa seçiləndə 78 yaşı vardı. O, müqəddəs taxt-tacın tarixində ən yaşlı kardinallardan biridir. Hələ II İohann Pavel dünyasını dəyişəndə kardinal Yozef Ratsinqer kilsə işlərindən uzaqlaşmaq barədə düşünürdü. Onun sözlərinə görə, Papa olmaq istəmirmiş, lakin Vatikanın kardinallar məclisi məhz onun namizədliyi üzərində dayandı.

Benedikt xristian dünyasının ən böyük konfessiyasının başına seçilərkən Vatikan və keşişlər ətrafında bir çox qalamaqllar daha da gərginləşməkdə idi. Bunlardan ən utancvericisi keşişlərin uşaqlara qarşı cinsi təcavüz ittihamları, uşaqların seksual istismara məruz qalmaları ilə bağlı idi. Lakin bu, yeganə problem deyildi.

Kilsə ruhanilərinin qadağan edilmiş seksual hərəkətləri, onlar haqqında ittihamlar, məkhəmə iddiaları və rəsmi hesabatlar 2009-2010-cu illərdə daha da intensivləşdi. Və bu qalmaqallar Papa Xvi Benediktin fəaliyyət dövrünün xarakterini müəyyənləşdirdi.
 

Bu xoşagəlməz ittihamlar ona gətirib çıxardı ki, bəzən yerli yepiskopluqda, hətta Vatikanda da bu cür faktlar gizlədilirdi və bununla da pedofil keşişlərin məsuliyyətdən kənarda qalmasına şərait yaradılırdı.

Bəzi kilsə mənsubları bu faktları kilsəyə qarşı böhtan kimi qiymətləndirsələr də Papa bəyan etdi ki, məsuliyyətdən qaçmaq olmaz və bununla da ittihamları təsdiqləmiş oldu. O, zəzərçəkmişlərdən üzr istədi və bəyan etdi ki, bu kimi faktlar dərhal ifşa edilməlidir. Cəza olaraq da seksual xarakterli təcavüzkarlıqda ittiham olunan ruhanilərin xidmətdən kənarlaşdırılması ilə bağlı qaydalar müəyyənləşdirildi.

 

Bütün yollar Vatikana?

 

Pontifikin Vatikan yolu maraqlı olub. Onun uşaqlığı nasist Almaniyasının dövründə keçib. Yozef Aloiz Ratsinqer 1927-ci il aprelin 16-da Bavariyanın (Almaniya) Marktl-am-İnn kəndində anadan olub. Onun iki yaşı olanda ailəsi Avstriyaya, 1932-ci ildə isə Alp dağının ətəyində yerləşən Auşau şəhərinə köçür. 1937-ci ildə Yozef Rarsinqer Traunştaynda gimnaziyaya daxil olur və 1939-cu ildə seminariya şagirdi olaraq ilk kilsə karyerasına başlayır.

1941-ci ildə Yozef Hitleryuqendə (hərbiləşdirilmiş milli-sosialist gənclər təşkilatı) daxil olur. 1943-cü ildə isə seminariyadan hava hücumundan müdafiə korpusuna çağırılır. Daha sonra zenit batalyonunda xidmət edən Yozef nasistlərin məğlubiyyətindən az əvvəl ordudan fərar edir.  1945-ci ilin yazında ordudan qaçan Yozef evlərinə qayıdır. Lakin Amerika ordusu Traunştayna daxil olarkən Ratsinqerin evində qərargah qururlar və Yozef həbs olunaraq hərbçilər üçün əsir düşərgəsinə göndərilir. Lakin əsirlik həyatə  çox çəkmir və Yozef iyun ayında evə qayıdır, noyabrda isə yenidən seminariyaya daxil olur.

1947-ci ildə Ratsinqer Qeorqianumda Menhen Universiteti nəzdindəki İlahiyyat İnstituna daxil olur və 1953-cü ildə dissertasiya müdafiə edir. Daha sonra 1960-cı ildə o, ikinci vatikan məclisində katolik kilsəsinin modernləşdirilməsi və islahatlar aparılması mövzusunda məruzə ilə çıxış edir. Lakin 1968-ci ildə bütün Avropanı bürüyən etiraz dalğasından sonra Ratsinqer teoloji liberalizmdən imtina etməyə məcbur olur.

1981-ci ildə II İohann Pavel kardinal Ratsinqeri inanc doktrinasının Konqreqasıyasının -keçmiş müqəddəs inkviziya - başçısı təyin edir. Bununla da Ratsinqer kilsə həyatına əhəmiyyətli dərəcədə təsir etmək imkanı əldə edir. Ratsinqer II İohann Pavelin ideyalarının davamçısı idi. O, aborta, homoseksuallığa, feminizmə, rok musiqisinə, hətta Harri Potterin kitablarına qarşı idi. O katolikliyə yeganə doğru inanc kimi baxırdı, digər dinləri və konfessiyaları natamam hesab edirdi.
 

İçərilərində ən yaşlı kardinal olaraq məhz Ratsinqer II İohann Pavelin dəfn mərasiminə başçılıq etmişdi. Ona görə də Sikstin kapellasının müşayəti ilə 78 yaşlı almanın yeni Papa seçildiyi elan olunanda çoxları təəccüblənmədi. Lakin bir çoxları Ratsinqeri utancaq və çox zaman özünə güvənməyən şəxs hesab edir və düşünürlər ki, onda xələfinə məxsus şarm və xarizma yoxdur. 
 

       2006-cı ildə Almaniyada məruzə edərkən XIV əsrdə İslam dini haqqında  kəskin fikirlərdən sitat gətirmiş, bununla da bir çox müsəlman ölkəsində kütləvi etraz aksiyalarına rəvac vermişdi. Nəticədə Pontifik üzr istəyərək dediklərinin onun öz fikirlərini əks etdirmədiyini qeyd etmişdir.
Digər bir anoloji hal ABŞ-da və digər ölkələrdə  katolik keşiş-pedofillərinin əməlinə görə üzr istəməsi olmuşdur.

Bütün bunlarla yanaşı Ratsiqerin kilsə fəaliyyətinin başlıca məramı kilsənin özünün daxilində və cəmiyyətdə zəfləyən inancla mübarizə aparmaq idi.

XVI Benedikt 9 dildə yaxşı danışırdı, o cümlədən doğma alman, ingilis, fransız, italyan, portuqal, ispan, latın, ivrit, qədim yunan və polyak dili dillərində.

XVI Benedikt bir çox əsərlərin müəllifidir. Onun “Xristianlığa giriş” əsəri beynəlxalq bestellerə çevrildi.


Konsistoriya və istefanın hüquqi əsasları

 

Konsistoriya – Papanın çağırdığı və başçılıq etdiyi kardinalların yığıncağıdır. Konsistoriya qədim Romada gizli İmperator şurası adlanırdı və qanunvericilklə məşğul olurdu. Konsistoriyanın kardinal yığıncağı xüsusiyyətini daşıması haqqında ilk məlumatlar IX  əsrin birinci yarısına aiddir. XI əsrdən etibarən konsistoriya inanc və kilsə intizamı, eləcə də kilsə dövlətinin daxili və xarici siyasətinə aid olan bütün cari məsələləri həll edirdi. Orta əsrlətdə roma papası III Aleksandr konsistoriyanı ayda bir dəfə, III İnnokenti isə həftədə 3 dəfə çağırırdı. Bu da konsistoriyanın kilsə həyatındakı əhəmiyyətini bir daha təsdiq edir. Əvvəllər konsistoriya adətən Papanın sarayında toplanırdısa, 1870-ci ildən etibarən istisnasız olaraq Vatikanda baş tuturdu.

Papanın istefası kilsə Kanon qanun məcəlləsinin  332-ci qanununun 2-ci paraqrafına əsasən mümkündür. Belə ki, istefanın əsas şərti - o, könüllü baş verməli və aydın şəkildə elan etməlidir. Kilsə qanunları məcəlləsi papanın səhhətinə görə sərbəst istefa verə bilməməsi halında heç bir  istefa prosedurunu nəzərdə tutmur. “Əgər roma Pontifiki istefa vermək istəyirsə, vacibdir ki, istefa könüllü olsun və aydın elan edilsin. Bununla belə istefanı hamının qəbul etməsi vacib deyil”, - Kanon Qanun Məcəlləsində bu şəkildə ifadə olunur və məhz kimin pontifikin istefasını qəbul etməli olduğu qeyd olunmur.

Kardinallar şurası ilk əvvəl Papanın könüllü olaraq və heş bir kənar təsir olmadan istefa verdiyini sübut etdikdən sonra mart ayında toplanacaq və yeni papanı seçəcək.

Papalıq tarixində bu ilk istefa deyil. 1294-cü ildə papa V Tselestin istefa verib. Onun istefası müqəddəs kardinallar kollegiyasında qəbul edilib.

1415-ci ildə isə XII Qriqori kilsədə parçalanmaya son qoymaq üçün istefa verib. İstefadan sonra eyni zamanda 3 iddialı namizəd özünü pantifik elan etdi. Bu günə qədər o, sağlığında postunu tərk edən son Papa idi.

 

Fəaliyyəti və islahatları

Benedikt Vatikanda bir çox ənənəvi qaydalara dəyişiklikər etməklə də yadda qalacaq. Belə ki, o, pontifik seçkisinin qaydalarını dəyişdi. Bundan sonra namizəd kardinalların üçdə ikisindən az olmayaraq səsləri qazanmalıdır. Bununla da Vatikanın başçısı özündən əvvəlki papanın qararını ləğv edərək qədim ənənəni barpa etdi. Bu da Papa seçkisində uzunmüddətli proseduru aradan qaldırırdı.

Digər bir dəyişiklik isə kardinal Şurasının tərkibi ilə bağlıdır. Benedikt Şurada tarazlığı təmin etmək məqsədilə 2012-ci ildə Şuraya yeni üzvlər təqdim etdi. Oktyabr ayında elan olunan siyahıya əsasən ilk dəfə olaraq Vatikan tarixində kardinallar Şurasında italyan kardinal daxil deyil. Yeni yepiskoplar - biri hind, digəri filippinlidir. Bu da XVI Benediktin Asiya qitəsinə - katolik inancının daha həssas olduğu bölgə - diqqətinin  göztəricisi hesab oluna bilər. 3-cü afrikalıdır, Nigeriya yepiskopu. Burada da xristianlar radikal dindarlar tərəfindən terrora və zorakılığa məruz qalırlar. 4-cü livanlı nümayəndə Ratsinqerin yaxın şərq xristianları ilə həmrəyliyini sübut edir. 5-ci namizəd Kolumbiyalı yepiskopdur. Nəhayət, 6-cı namizəd 63 yaşlı amerikalı yepiskop Ceyms Maykl Xarvidir.

 

O, sakitlik istəyir...

 

Papanın istefa bəyanatı bütün dünya üçün nə qədər gözlənilməz olsa da qardaşı, 89 yaşlı Qeorq Ratsinqer (onun monsinyor kilsə titulu vardır), hər kəsdən əvvəl bu barədə məlumatlı idi: “O daha çox sakitlik istəyirdi”, - deyə izah edir qardaşının bu addımını. “Bu elə yaşdır ki, hər kəs bu yaşa qədər yaşamır. O, hər gün bir az daha yeriməkdə çətinlik çəkir”. Qardaşının qəbul etdiyi qərara hər hansı bir şəkildə təsir etməyəcəyini bildirib: “Qərarı o özü müstəqil şəkildə qəbul etdiyinə görə məsuliyyəti də özü daşımalıdır”.

 

Onun üçün darıxacaqlar...

 

Dünya dövlətləri Papanın istefası xəbərini birmənalı qarşılamayıblar. Almaniya kansleri Anqela Merkel bildirib ki, Roma katolik kilsəsinin başçısının qərarına hörmət etmək lazımdır. Pontifik müasir dövrdə ən nüfuzlu dini xadimlərdən biri olaraq qalacaq: “8 il əvvəl Yozef Ratsinqer katolik kilsəsinin başçısı seçiləndə biz hamımız öz həmvətənimizlə fəxr etdik.  Əgər Papa uzun müddət fikirləşdikdən sonra qərara gəlibsə ki, öz vəzifələrini icra etmək gücündə deyil, mən ona öz hörmətlərimi çatdırıram”.

İtaliyanın baş naziri Mario Monti elan edib ki, bu xəbər onu sarsıdıb. Britaniyanın Baş naziri Devid Kemeron Papanın anglikan kilsəsi ilə müqəddəs taxt-tac arasında əlaqələrin möhkəmləndirilməsinə dair fəaliyyətini yüksək qiymətləndirib. Kemeron bildirib ki, milyonlarla insan XVI Benedikt üçün darıxacaq.

İsrailin baş ravvininin mətbuat katibi bildirib ki, Papa XVI Benedikt hörmətə layiqdir. Rus provaslav kilsəsinin nümayəndələri qeyd ediblər ki, onlar pontifikin istefasından sonra xüsusi bir dəyişiklik gözləmirlər.

Papanın istefası ilə bağlı müxtəlif fikirlər, fərqli-fərqli mülahizələr səsləndirilir. Onun istefasının gizli məqamları olsa belə bunu pontifikin özündən başqa heç kim bilmir. Görünən tərəf isə odur ki, o, bu günə qədər müqəddəs kilsəyə xidmətlərini başa vurmaq və qalan ömrünü istirahətdə, sakit və rahat yaşamaq istəyir. Bu məqam sonradan çox mübahisələrə səbəb ola bilər. Belə ki, kilsədə xidmət etmək, Allaha, inanca, dinə xidmət etməkdir. Bunun dövriliyi varmı? Allaha, inanca xidmət müddətlidirmi? Buna haqq qazandıracaq arqumentlər nə qədər güclüdür?

 

  Bu da son...

 

16 apreldə 86 yaşı tamam olacaq pontifikin sonrakı planları haqqında müqəddəs taxt-tac xidmətinin başçısı padre Federiko Lombardi bildirib: “Pontifik Vatikan təpəsindəki qadınlar monastrına gedəcək, lakin o özü rahiblik etməyəcək. Sərbəst, azad həyatından istifadə edəcək. Doğrudur, bu situasiya qeyr-adidir, gözləyək görək necə yaşayacaq”...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3104

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35