Türkiyənin Hakkari əyalətində terror törədən PKK üzvü İstanbulda tutulub.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, terrorçu iyulun 24-də Hakkaridə yerə mina döşəyərək hərbi maşının keçdiyi vaxt partlayışı həyata keçirmişdi. Nəticədə 4 əsgər şəhid olmuşdu.
Polis idarəsində dindirilən zaman törətditiyi terroru etiraf edən E.N.K. adlı PKK üzvü məhkəməyə çıxarılıb. Terrorçu məhkəmənin qərarı ilə həbs edilib.