Peruda 43 milyon il əvvələ aid dörd ayaqlı, ayaqları pərdəli olan dırnaqlı balina skleti tapılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paleontoloqlar, dəniz məməlisinin bədəninin dörd metr uzunluğunda olduğunu, ayaqları ilə həm üzüb, həm də quruda gəzə bildiyini iddia edirlər.
Bədən ağırlığını daşıyan dörd ayaqları və qüvvətli quyruğu ilə bu yarı su balinası, su samuru və qunduza bənzədilir.
Tədqiqatçılar tapılan skletin balinaların inkişafı və necə yayıldıqlarına aydınlıq gətirəcəyini düşünürlər.
Eyni zamanda, skletin Peruda tapılmasının maraq doğurduğu bildirilir.
Çünki elm adamları balinların təxminən 50 il əvvəl Cənubi Asiyada təkamül keçirdiyi fikrini irəli sürüb.