400 zəngin bir həftəyə 194 milyard dollar itirdi
09 yanvar 2016 14:23 (UTC +04:00)

400 zəngin bir həftəyə 194 milyard dollar itirdi

2016-cı ilin ilk birja həftəsinin yekunlarına əsasən, dünyanın 400 ən zəngin insanı 194 milyard dollar itirib.

 

"APA-Economics"in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu prosesə səbəb Çində baş verən iqtisadi eniş və neftin ucuzlaşması olub.

 

Daha zərər görən milyarder "Amazon" internet-mağazasının təsisçisi Cef Bezos olub. Belə ki, C. Bezosun var-dövləti 5,9 milyard dollar azalıb.

 

ABŞ fond bazarı üçün arxada qoyduğumuz həftə 2011-ci ildən etibarən ən pis sayıla bilər. Ticari əməliyyatlar nəticəsində 47 milyarder 1 və daha çox milyard dollardan məhrum olub. Qeyd edək ki, 2015-ci ilin ilk həftəsində itkilərin həcmi 29 milyard dollar təşkil edib.

 

Dünyanın ən zəngin insanı olan "Microsoft" şirkətinin təsisçisi Bil Qeyts 4,5 milyard dollar kasıblayıb - hazırda onun var-dövləti 79,2 milyard dollar təşkil edir.

 

"Zara" brendinin həmtəsisçisi olan ispan Amansio Orteqa 3,4 milyard dollar itirib və hazırda 69,5 milyard dollara sahibdir.

 

Qeyd edək ki, "Bloomberg" agentliyinin hesablamalarına görə, dünyadakı 400 milyarderin ümumi varidatı 3,7 trilyon dollar təşkil edir ki, bu da təxminən Almaniyanın ÜDM-nə bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar