Bağdadda bir neçə ardıcıl partlayış baş verib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, azı 30 nəfər bu qanlı olayın qurbanı olub, 110 sakin yaralanıb.
İraq hakimiyyətinin ilkin məlumatına əsasən, avtomobil yerləşdirilmiş bomba partlayıb.
Mənbənin xatırlamasına görə, son aylar İraqda tətbiq olunan güc nəticəsində dinc sakinlər arasında həlak olanların sayı artıb.