<span style="color:red;">DƏHŞƏTLİ PROSES : 1 yaşlı qızını ülgüclə kəsən ana hakim qarşısında
06 oktyabr 2019 13:02 (UTC +04:00)

DƏHŞƏTLİ PROSES: 1 yaşlı qızını ülgüclə kəsən ana hakim qarşısında

Türkiyənin İstanbul şəhərində qan donduran hadisə ilə bağlı məhkəmə prosesi davam edir.
 
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə əsasən, Prokuror Ovçular qəsəbəsində, 1 yaşlı qızı Eylül Miranın bədəninin müxtəlif yerlərini ülgüclə kəsib, kirli paltar suyu və maye sabunu iynə ilə bədəninə vurduğu iddia edilən 28 yaşlı Əzgi Qorucuya 20 ilə qədər həbs istəyib. 
 
İstintaq zamanı ifadə verərkən qızına heç cür isinə bilmədiyini, işgəncə və əzabları onun ölməsi üçün etdiyini deyən Əzgi Qorucu, məhkəmənin ilk iclasında verdiyi ifadəni dəyişdirdi. Uşağına zərər vermədiyini deyən təqsirkar, “Qızım doğulandan bəri xəstəxanadadır. Tez-tez bədənindən analiz üçün qan alınır, kirli suyu bədəninə vursaydım bu aşkarlanardı. Həbsə girmək üçün ağlıma gələn hər şeyi dedim. Onları dediyim üçün də indi çox peşmanam. İttihamları qəbul etmirəm. Uşaqlarımın yanında olmaq istəyirəm. Hökmü qəbul etmirəm” deyib. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qabiliyyətinə dair hesabat alınmasına qərar verərək, iclası təxirə salıb.
 
Prosesə Bəkirkənd Ağır Cinayətlər Məhkəməsində baxılıb. Eylül Miranın atası Eray Qorucudan əlavə Ailə, Əmək və Sosial Xidmətlər nazirliyinin təmsilçisi vəkil Büşra Öztürk də məhkəmə salonunda iştirak edib. Təqsirləndirilən şəxs Əzgi Qorucu “Belə bir cinayətlə qarşınıza çıxdığım üçün üzr istəyirəm” deyərək özünə bəraət qazandırmağa başlayıb. 12 illik evliliyi zamanı 3 uşağı olduğunu və həbsdə olduğu zaman həyat yoldaşından boşandığını deyən Əzgi Qorucu, “Eylül 2017-ci ilin noyabrın 2-də dünyaya gəlib. Hamilə ikən qızımın daun sindromlu və qüsurlu olduğunu dedilər. Daha sonra yoxlanış zamanı qızımın heç bir qüsuru olmadığı deyildi. O zaman artıq 8 aylıq hamilə idim. Qızım doğulanda qucağıma belə almamış, ağ ciyərində problem səbəbilə reanimasiyaya götürdülər. Təxminən 1 ay reanimasiyada qaldı. Evə buraxıldıqdan sonra qızımda ara-sıra qanamalar oldu. Diaqnoz üçün İstanbulun bütün xəstəxanaların gəzdim. Bəkirkənddə hemotoloji bölümünün bir həkimi qızımın tam diaqnozu qoyulmayan və nadir xəstəlik olan “Qlasman” xəstəliyinə tutulduğunu dedi. Uşağın dərisində çatlar yaranacağı, ancaq yaşı artdıqca xəstəliyin aradan qalxacağı bildirildi. Bizi Qanuni-Xəstəxanasına göndərdilər”- deyib.
 
 
"Qızıma tam diaqnoz qoyulmadı"
 
Qızına tam diaqnoz qoyulmadığını deyən şübhəli Qorucu, “Qızımı Cərrahpaşa Tibb fakültəsinə apardım. Burada müalicəyə başlandı. Tam diaqnoz qoyulmadı. Daha əvvəl də bəzi həkimlərin başına bu cür hadisələr gəlmiş, buna görə də məndən şübhələnmişdilər. Polis çağırdılar. İfadə verdikdən sonra sərbəst buraxıldım. 15-10 gün sonra qızımda yenə qanamalar başladı. Yenə Qanuni-Xəstəxanasına apardım. Həkim dəqiq qərar verə bilmədi və yoldaşıma zəng vurdu. Həkim yoldaşıma, “uşağın anasını dərhal buradan uzaqlaşdır. Əvvəllər də başımıza belə hal gəlib” dedi. Ona görə də qızımın yanına baldızım və anam gəlib 1 ay qaldı” deyə danışıb.
 
"Həbsə düşmək üçün ağlıma gələn hər şeyi dedim"
 
“Həkimlərin sübut olmadan məni günahlandırmaları və 12 illik həyat yoldaşımın da buna inanması mənə psixoloji təsir etdi” deyən şübhəli çıxışına bu cür davam edib:
 
“Onsuz da maddi və mənəvi sıxıntıda idim. Üçüncü uşağım idi. Yoldaşımla tez-tez dalaşırdıq. Boşanacaqdıq, ancaq uşaqlara görə bunu etmədik. Yoldaşım mənə yox, həkimlərə inanaraq, “sən elədin? Sən nə edirsən” deyə üzərimə çox gəldi. Uşağıma diaqnoz qoyulmaması və bu olaylar səbəbilə yıxılmış halda idim. Bu il fevralın 9-u market adı ilə polisə getdim. Qızıma diaqnoz qoyulmadığı üçün və mən günahkar bilindiyimə görə həbsə düşmək istədim. Elə bir halda idim ki, həbsə düşməklə qurtulacağımı düşünürdüm. Ona görə də polisə bu cür ifadə verdim. İndi uşaqlarım dərsə başlayıb, amma mən yanlarında deyiləm. Kaş ki, o cür danışmasaydım. Uşaqlarımın yanında olmaq istəyirəm,  bəraət almamı tələb edirəm”.
 
Uşağın atası Əray Qorucu gözü ilə heç nə görmədiyini deyərək, “yoldaşım əvvəlcə başqa ifadə verib, indi başqa cür danışır. Bu cür işgəncələrə uşağım məruz qalıbsa o da cəzasını çəksin. Əgər o etməyibsə, bu uşaqlar hər gün ana deyə ağlayır. Onların yanında olmalarını istəyirəm. Mən ilk ifadəsini oxuduqdan sonra boşanmaq üçün ərizə yazdım. Hadisənin dəqiqliyinin ortaya çıxmasını istəyirəm. Allaha həvalə edirəm” deyə danışıb. Sual verdikdən sonra danışan Əray Qorucu, “yoldaşım həbsə getdikdən sonra qızımda qanamalar olmadı. Həkimə apardıq, həkim ediləcək bir şey yoxdur, dərinin altına kirli paltar suyu və maye sabun vurulduğu üçün onu oradan çıxara bilmərik dedi. Son vaxtlar qanama yoxdur, ancaq bədəni şişir. Sağ əlini isə tərpədə bilmir” deyə cavab verib.
 
Şübhəlinin Ədliyyə Tibbi Təşkilatına göndərilərək, cinayət lisenziyası baxımından sənəd almasına qərar verən məhkəmə, Eylül Miranın da Cərrahpaşa xəstəxanasına yerləşdirilərək dəqiq sənəd alması barədə hökm verdi. Şübhəlinin nəzarətdə qalmasına qərar məhkəmə heyəti, iclası təxirə saldı.
 
İDDİANAMƏ
 
Bəkirkənd Baş Prokurorluğunda hazırlanan ittihamda Ədliyyə Tibb Təşkilatının ikinci ixtisas heyətinin sənədinə yer verilir. Eylül Miranın bədənindəki dəyişikliklərin sayı, zədələr və sağ qoldakı funksional itki birgə dəyərləndirmə zamanı uşağın kənar mənfi təsirə məruz qalmasını ehtimal edən sənəddə, yaralanmanın insan bədənində həkim səhlənkarlığı ilə yaranacağı qədər həssas olmadığı qeyd olunub. Bundan əlavə əzgi Qorucunun 9 fevral 2019-cu ildə polisə verdiyi ifadəsi də ittihamda yer alır. İddianamədə Əzgi Qorucunun “Uşağa qarşı qeyri-insani hərəkətlərlə və əziyyətlərlə qəsdən öldürməyə təşəbbüs” maddəsi ilə 13 ildən 20 ilə qədər həbs cəzası alması istənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586
avatar

Mehman Nəbiyev

Oxşar yazılar