
Türk ordusu İdlibə girir - VİDEO
Rusiya Suriyada yaradılacaq "təhlükəsiz bölgə"lərdə ABŞ təyyarələrinin uçuşunun mümkün olmayacağını bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Rusiyanın Astanadakı təmsilçisi Aleksandr Lavrentyev bildirib. Anlaşma ötən gün Qazaxıstan paytaxtında Türkiyə, Rusiya və İran arasında imzalanıb.
Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edən Rusiya prezidenti Vladimir Putin dörd nöqtədə silahların tamam susması ilə uçuşun qadağan olunduğu bölgələrin yaradılacağını söyləmişdi.
Əldə olunan razılaşmaya əsasən Türk ordusu müxaliflərin nəzarətindəki bölgələrdə təhlükəsizliyi həyata keçirmək və "Əl-Qaidə" ilə əlaqəli qrupların məhv edilməsi üçün İdlibə girəcək. Türk ordusu "Əl-Qaidə" ilə əlaqəsi olan "Tahrir əl-Şam" qruplaşmasını İdlib vilayətindən uzaqlaşdıracaq.
Oxşar yazılar

Uşaqları olmayan qadın ərinin cinsi orqanını kəsdi
13 avqust 2025 , 19:52
220 kiloluq qadın ərinin üstünə yıxıldı - Ən qeyri-adi ÖLÜM
13 avqust 2025 , 19:25
Bu ölkədə 17 biznesmen müəmmalı şəkildə ölüb
13 avqust 2025 , 18:13
Baydenin qızı ərindən boşanır
13 avqust 2025 , 17:29
İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü
13 avqust 2025 , 16:35
Temperatur 44 dərəcəni keçdi, ölənlər var
13 avqust 2025 , 15:32
Pələng ibtidai sinif müəllimini parçaladı
13 avqust 2025 , 15:17