Xamenei SEPAH-a  yeni komandan təyin etdi - YENİLƏNİB
13 iyun 2025 12:48 (UTC +04:00)

Xamenei SEPAH-a yeni komandan təyin etdi - YENİLƏNİB

İran Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi təyin edilib.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, bu barədə ölkənin dini lideri Ayətullah Xamenei fərman imzalayıb.

Fərmana əsasən, general-mayor Seyid Əbdülrəhim Musəvi Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Xamenei admiral Həbibullah Sayarini İran Silahlı Qüvvələrinin müvəqqəti Baş Qərargah rəisi təyin etmişdi.

Həmçinin Xamenei general-leytenant Hüseyn Səlaminin ölümündən sonra general-mayor Məhəmməd Pakpuru İnqilab Keşikçiləri Ordusunun baş komandanı təyin edib.

***
09:45

İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin öldürdüyü generalların yerinə təyinat aparıb.

Lent.az MOUZE telegram kanalına istinadla bildirir ki, Xamenei admiral Həbibullah Sayarini İran Silahlı Qüvvələrinin müvəqqəti Baş Qərargah rəisi təyin edib.

Həmçinin yeni təyinata əsasən, general-mayor Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandiri təyin edilib.

Qeyd edək ki, İsrailin İrana aviazərbələri nəticəsində SEPAH komandiri Hüseyn Salami və İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Bageri həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666

Oxşar yazılar