Venesuela prezidenti Maduro canlı yayımda “WhatsApp”-ı sildi  -VİDEO
07 avqust 2024 03:17 (UTC +04:00)

Venesuela prezidenti Maduro canlı yayımda “WhatsApp”-ı sildi -VİDEO

Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarından “WhatsApp”-ı telefonlarından silmələrini istəyib.

APA xəbər verir ki, canlı yayımda tərəfdarları qarşısında çıxış edən Maduro şəxsi telefonunu çıxararar “WhatsApp” tətbiqini silib.

Bundan əvvəl də “TikTok” və “Instaqram”-ın nifrət yaydığını deyən Maduro canlı yayımda qəfildən “WhatsApp”-ı silmək qərarına gəlib.

Maduro, tətbiqin bəzi qruplar tərəfindən zorakılıq yaymaq və hərbi personalı, polisi və icma liderlərini təhdid etmək üçün istifadə edildiyini müdafiə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038
avatar

Oxşar yazılar