İrkutskda bir aydır axtarılan bir yaş yarımlıq qızın meyiti çaydan tapılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, iyunun əvvəlində şəhər polisinə müraciət daxil olub ki, yerli sakin Uşakovka çayının sahilində olarkən bir yaş yarımlıq qızını itirib.
Polis əməkdaşları və könüllülər 100-ə yaxın insanın iştirak etdiyi axtarışlar təşkil edib. Orada qayıqlar və kvadrokopterlər iştirak edib. İstintaq Komitəsində ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Xəbər verilir ki, iyulun 9-da günorta saatlarında Uşakovka çayındadakı körpünün yaxınlığında bir yaş yarımlıq qızın meyiti tapılıb.
Məlum olub ki, qız itən zaman çayın kənarında uşaqları olan böyüklərdən ibarət dəstə dincəlirmiş. Valideynlər spirtli içki qəbul edərkən, uşaqlar öz başlarına buraxılıb. Bir anda böyüklər uşağın yoxa çıxdığını aşkar etdilər.