Valideynlər 2 aylıq körpəni 6 şüşə pivəyə  dəyişdilər
26 sentyabr 2024 18:15 (UTC +04:00)

Valideynlər 2 aylıq körpəni 6 şüşə pivəyə dəyişdilər

ABŞ-da cütlük iki aylıq körpəsini 6 butulka pivə qarşılığında tanımadığı şəxsə satmağa çalışıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Darien Urban və Şalin Ehlers bir nəfərə uşağı pivə ilə dəyişməyi təklif ediblər. Körpənin təhlükədə olduğunu anlayan kişi, cütlüyə 1000 dollar təklif edib.

Hadisə şahidləri bildiriblər ki, cütlük hətta uşağı verməkdən ötrü valideynlik hüququndan imtina edən müqavilə də imzalayıb. Şahidlər polisə zəng vurub, Urban və Ehlersi hadisə yerində saxlanılıb.

Məlum olub ki, Ehlers daha əvvəl körpəni bir gecəlik pivə ilə dəyişmək istəyi ilə başqa bir cütlüyə müraciət edib.

Cütlük uşağın rifahını təhlükəyə atmaqda ittiham olunur və onları həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar